Dövlət-özəl tərəfdaşlığının iqtisadi inkişafda rolu

Dövlət-özəl tərəfdaşlığının iqtisadi inkişafda rolu






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Dünya İqtisadi Forumu, #Lənkəran, #Nəqliyyat, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət-özəl tərəfdaşlığı Azərbaycanda dayanıqlı iqtisadi inkişafı dəstəkləyən və sosial-innovativ layihələrin səmərəli icrasına imkan verən mühüm alətə çevrilir.

presstvaz-ın məlumatına görə, dövlət-özəl tərəfdaşlığı – dövlət xidmətlərinin göstərilməsi, infrastrukturun yaradılması və idarə edilməsi üçün dövlətlə özəl sektor arasında bağlanan müqaviləyə əsaslanan əməkdaşlıq modelidir. Azərbaycanda bu model 2022-ci ildə qəbul olunmuş “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla hüquqi çərçivəyə salınıb.

Dövlət-özəl tərəfdaşlığı modelinin bir sıra üstünlükləri var:

· dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması;

· dövlət xidmətlərinin keyfiyyəti və əlçatanlığının yüksəldilməsi;

· iqtisadi sahələrdə dayanıqlı inkişafın təşviqi;

· özəl sərmayə və xarici investisiya axınının gücləndirilməsi;

· yeni iş yerlərinin yaradılması və regionların inkişafına dəstək;

· rəqabətqabiliyyətli məhsulların ixracının artırılması;

· sosial-iqtisadi infrastrukturun genişləndirilməsi.

Ölkəmizdə bu model sahibkarlığın inkişafını sürətləndirir, dövlət-özəl əməkdaşlığında etimadı gücləndirir və özəl sektorun investisiya fəallığını artırır. Dünya İqtisadi Forumunun 2025-ci ilin yanvarında açıqladığı hesabatda Azərbaycanın dövlət-özəl tərəfdaşlığının inkişafı yönündə həyata keçirdiyi tədbirlər, bu istiqamətdə tətbiq edilən innovasiyalar xüsusi qeyd olunub. Hesabatda rəqəmsal iqtisadiyyat sahəsində nailiyyətlər, dövlət xidmətlərinin göstərilməsinə özəl sektorun cəlbi və bu modelin sosial-iqtisadi təsirləri vurğulanır.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində ilk pilot layihə – dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalıdır. Artan su tələbatı nəzərə alınaraq müəssisənin gündəlik istehsal gücü 300 000 kubmetr müəyyən edilib.

Elan edilmiş müsabiqənin nəticələrinə əsasən, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsium birinci yeri tutub. 2025-ci il sentyabrın 22-də Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ACWA Power” ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında “Dəniz suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi və istismarı üzrə müqavilə” imzalanıb.

2026-cı il üzrə Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçiriləcəyi təsdiq edilmiş layihələr siyahısında “Bakı şəhərində elmi texnoloji parkın inşası və idarə edilməsi” (2-ci və 3-cü mərhələ), “Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi”, “Heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin inşası”, “Hövsan aerasiya (ÇSTQ) qurğusunun təmiri və çirkab suların təkrar emalı ilə bağlı yeni qurğuların quraşdırılması”, “Kəlbəcər rayonunda turizm-rekreasiya (istirahət) zonasının yaradılması”, “Yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması” layihələri yer alır. 2027-ci il üzrə reallaşdırılması nəzərdə tutulan layihələr üçün isə su və tullantıların idarə olunması, ətraf mühit və ekologiya, nəqliyyat və daşımalar, təhsil, turizm, səhiyyə, sosial infrastruktur, qida və kənd təsərrüfatı kimi sahələr müəyyən edilib.

Bu fəaliyyətlər göstərir ki, dövlət-özəl tərəfdaşlığı Azərbaycanda iqtisadi inkişafın dayanıqlı əsaslar üzərində qurulmasına imkan yaradan, sosialyönümlü və innovativ layihələrin daha effektiv həyata keçirilməsinə xidmət edən mühüm strateji alətə çevrilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv