Ronaldunun boykotla bağlı çağırışına rəsmi cavab verildi

Ronaldunun boykotla bağlı çağırışına rəsmi cavab verildi






presstv

"Presstv"az #Audi, #Əl-Hilal, #Futbol, #Kriştianu Ronaldu, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının təşkilatçıları “Ən-Nəsr”in məşhur hücumçusu Kriştianu Ronaldunun oyunları boykot etməklə bağlı açıqlamasına cavab verilib.

presstvaz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

“Kriştianu “Ən-Nəsr” klubunun inkişafında və ambisiyalarında mühüm rol oynayıb. Hər bir iddialı oyunçu kimi, o da qalib gəlmək istəyir. Amma nə qədər vacib olsa da, heç kim klubundan kənarda qərarlar qəbul edə bilməz”, – deyə ulduz futbolçuya cavab verilib.

Portuqaliyalı forvardın klubunun Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən idarə edilməsindən narazı olduğu barədə məlumatlar yayılıb. Mediada yayılan məlumatlara görə, Ronaldu fondun digər klublara, xüsusən də “Əl-Hilal”a nisbətən onun komandasına daha az diqqət və resurs ayırdığını düşünür. Bu siyasətə etiraz olaraq 41 yaşlı ulduz forvard fevralın 2-də “Ər-Riyad”la matçda meydana çıxmaqdan imtina edib. Bu qərar oyunçunun “Ən-Nəsr”dən ayrıla biləcəyi ilə bağlı xəbərlərə səbəb olub.

Daha əvvəl Ronaldunun klubda maaş gecikmələrindən narazı olduğu barədə məlumatlar yayılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv