Cey Di Vensin Azərbaycana və Ermənistana səfərinin dəqiq tarixləri məlum oldu

Cey Di Vensin Azərbaycana və Ermənistana səfərinin dəqiq tarixləri məlum oldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #Bakı, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin böyük nümayəndə heyəti Ermənistana gedib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Sputnik Ermənistan” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin səfəri iki həftə çəkəcək və səfər ABŞ vitse-prezidenti Cey Di Vensin ölkəyə ziyarətinə hazırlıqların görülməsi məqsədi daşıyır.

Bildirilir ki, nümayəndə heyəti məskunlaşdığı “Armenia Mariott” hotelində onlarla otağı olan bütöv bir mərtəbəni bron edib. Otaqlarda mebellərdən yalnız masa və stullar qalıb, qalan hər şey yığışdırılıb.

Hotel işçilərinə həmin mərtəbədə olmaq qadağan edilib, qonaqların özləri hotelin başqa bir hissəsində yatırlar.

Xatırladaq ki, daha əvvəl Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyi elan olunmuşdu. Onun fevralın 9-da Ermənistana gedəcəyi, ertəsi gün isə Bakıya gələcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv