“Apple” istifadəçiləri şokda: Son yeniləmə smartfonları yararsız hala salıb?

“Apple” istifadəçiləri şokda: Son yeniləmə smartfonları yararsız hala salıb?






presstv

"Presstv"az #Apple, #Audi, #iPhone, #Jurnalistlər, #Smartfon, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“iPhone”da “Face ID” (üz tanıma sensoru) biometrik sistemi “iOS 26.2.1” yeniləməsindən sonra bir çox smartfonlarda düzgün işləməyi dayandırıb.

presstvaz xəbər verir ki, bu barədə “The Mac Observer” nəşri məlumat verib.

Məlumata görə, bununla bağlı istifadəçilər sosial şəbəkələrdə paylaşımlar ediblər. Paylaşımlardan birinin müəllifi bildirib ki, “iOS 26.2.1” səbəbindən “Face ID” sensoru düzgün işləməyib və istifadəçini tanıya bilməyib. Buna görə də o, cihazı blokdan çıxarmaq üçün hər dəfə rəqəmsal kodu daxil etməyə məcbur olub.

Nəşrin jurnalistləri şikayətləri araşdırıb və aşkar ediblər ki, “Face ID” sensoru çox tez-tez əlavə tətbiqlərdə – bank xidmətləri, sosial şəbəkələr və digər proqramlarda işləməyib. Bəzi smartfon sahibləri vurğulayıblar ki, biometrik kilidaçma funksiyası son dərəcə yavaş işləməyə başlayıb.

“Face ID” ilə bağlı şikayətlərdən başqa, istifadəçilər “Safari” brauzerində problemlərin olduğunu, bəzilərinin yaddaşda saxlanılan səhifələrinin yoxa çıxdığını bildiriblər. “iPhone” sahibləri, həmçinin “Apple Maps”də yadda saxlanılan yerlərin itdiyini və “HomeKit” ağıllı ev qadcetləri idarəetmə mərkəzində çoxsaylı fasilələrin yarandığını qeyd ediblər. Xüsusilə qeyd edilib ki, “iOS” smartfonun yaddaşında daha çox yer tutmağa başlayıb.

“Apple” hələlik bu məlumatlara rəsmi reaksiya verməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv