Səudiyyə Ərəbistanında maraqlı qanun: Dəvələrə pasport veriləcək

Səudiyyə Ərəbistanında maraqlı qanun: Dəvələrə pasport veriləcək






presstv

"Presstv"az #Audi, #Kənd Təsərrüfatı Nazirliyi, #Sağlamlıq, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı hökuməti yerli dəvə populyasiyaları üçün pasport tətbiq edib.

presstvaz xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi “X” hesabında məlumat verib.

“Heyvandarlıq sənayesinin səmərəliliyinin artırılması və dəvələr haqqında məlumat bazasının yaradılması məqsədilə dəvə pasportu təqdim edilib”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, dəvə pasportu heyvan, onun cinsi və sahibi haqqında məlumatları özündə əks etdirən rəsmi sənəd olacaq. Pasportun əsas xüsusiyyəti ətraflı peyvənd kartıdır. Bu kart sayəsində hər bir dəvə üçün dəqiq və etibarlı sağlamlıq qeydiyyatı aparmaq mümkün olacaq və populyasiyada yoluxucu xəstəliklərin monitorinqi daha asan həyata keçiriləcək.

Nazirliyin bildirdiyinə görə, dəvələrin sənədləşdirilməsi, həmçinin heyvan sahibinin mülkiyyətinin təsdiqlənməsi prosesini sadələşdirəcək və heyvandarlara damazlıq işində səmərəliliyi artırmaq imkanı verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv