Gec yatmaq infarkt riskini artırır

Gec yatmaq infarkt riskini artırır






presstv

"Presstv"az #Araşdırma, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Harvard Universitetinin apardığı yeni araşdırma gec saatlarda yuxuya gedən şəxslərin ürək sağlamlığı baxımından daha böyük risk altında olduğunu ortaya qoyub.

presstvaz  xəbər verir ki, tədqiqatın nəticələrinə görə, gec yatan insanların infarkt keçirmə ehtimalı erkən yatanlarla müqayisədə 16 faiz daha yüksəkdir.

Araşdırmada həmçinin gec yatma vərdişi olan şəxslərdə ürək-damar xəstəliklərinə tutulma riskinin də artdığı müəyyən edilib. Mütəxəssislər bu vəziyyətin orqanizmin bioloji ritminin pozulması ilə birbaşa əlaqəli olduğunu bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, insan bədənində "sirkadiyal ritm" adlanan daxili bioloji saat mövcuddur. Gec saatlara qədər oyaq qalmaq bu ritmi pozur, nəticədə qan təzyiqi yüksəlir,stress hormonlarının səviyyəsi artır, ürək və damar sistemi daha çox yüklənir.

Bu faktorlar uzunmüddətli dövrdə infarkt və digər ürək-damar xəstəliklərinin yaranma riskini artırır.

Araşdırmanı aparan alimlər vurğulayırlar ki, yalnız yuxunun müddəti deyil, vaxtı da böyük əhəmiyyət daşıyır. Gecə yarısından sonra yuxuya getmək, hətta kifayət qədər saat yatılsa belə, ürək sağlamlığı üçün mənfi təsir göstərə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv