Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu






presstv

"Presstv"az #Avropa, #Günəş, #Hadisə, #İspaniya, #Planet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya miqyasında böyük həyəcan yaradan tam Günəş tutulması yaxınlaşır. Bu hadisə zamanı Ay Günəşin qarşısını tamamilə kəsəcək və bəzi bölgələrdə hava bir neçə dəqiqəlik zifiri qaranlığa qərq olacaq.

presstvaz xəbər verir ki, bu tarixi hadisə 2026-cı ilin avqust ayında baş tutacaq. Tam tutulma anında Günəşin ətrafında yalnız “tac” (corona) təbəqəsi görünəcək və bu, vizual olaraq möhtəşəm bir mənzərə yaradacaq.

Tutulma geniş bir coğrafiyanı əhatə etsə də, tam qaranlıq zolağı xüsusilə Avropa ölkələrindən (İspaniya, İslandiya, Portuqaliya) keçəcək. Şimali Amerika və Rusiyanın bəzi hissələrindən də bu hadisəni qismən müşahidə etmək mümkün olacaq.

Tam tutulma anında temperatur birdən-birə bir neçə dərəcə düşəcək, quşlar və digər heyvanlar gecə olduğunu zənn edərək səssizləşəcək və ya yuvalarına çəkiləcəklər. Göy üzündə parlaq ulduzlar və planetlər görünməyə başlayacaq. Bu halın bir neçə dəqiqə davam edəcəyi gözlənilir.

Alimlər və mütəxəssislər xəbərdarlıq edir ki, Günəş tutulmasına adi gözlə və ya adi günəş eynəkləri ilə baxmaq göz sağlamlığı üçün ciddi risklər yaradır. Mütləq xüsusi ISO sertifikatlı tutulma eynəkləri istifadə edilməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv