“Sabah” Qabon millisinin hücumçusunu transfer etdi

“Sabah” Qabon millisinin hücumçusunu transfer etdi






presstv

"Presstv"az #Audi, #Fransa, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

presstvaz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qabonlu hücumçu Patrik Orfe Mbina komandanın heyətinə qatılıb.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Qeyd edək ki, Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib.

Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv