ABŞ və Rusiya Əbu-Dabidə razılığa gəldilər

ABŞ və Rusiya Əbu-Dabidə razılığa gəldilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Birləşmiş Ərəb Əmirlikləri, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və ABŞ nümayəndələri hərbi qurumlar arasında dialoqu yüksək səviyyədə bərpa etmək barədə razılığa gəliblər.

presstvaz-ın “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığından (EUCOM) məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu dialoq 2021-ci ilin payızında dayandırılıb.

Vurğulanır ki, bu cür kommunikasiya kanalı tərəflərə davamlı əlaqə saxlamağa imkan verəcək və bunun sayəsində də tərəflər dünyada sabitliyin qorunması üzərində işləyə biləcəklər.

“Hərbçilər arasında dialoqun dəstəklənməsi qlobal sabitlik və sülh üçün vacib amildir, şəffaflığın artırılması və gərginliyin azaldılması üçün vasitələr təqdim edir”, – deyə məlumatda bildirilib.

Bundan əlavə, qeyd edilib ki, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Aleksus Qrinkeviç artıq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla hər hansı tərəfdən istənməyən gərginliyin yaranmasının qarşısının alınması üzrə yollar tapmaq üçün davamlı dialoq aparmaq səlahiyyətinə malikdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv