Məhkəmə reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verdi

Məhkəmə reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verdi






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cinayət işi, #Sumqayıt Apellyasiya Məhkəməsi, #Sumqayıt Şəhər Məhkəməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt Apellyasiya Məhkəməsində “Qurtuluş” reabilitasiya mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Salmanovun barəsində olan həbs qətimkan tədbiri qərarından verdiyi şikayətə baxılıb.

presstvazın məlumatına görə, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Qərara görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb və şikayət təmin edilməyib.

Xatırladaq ki, Sumqayıt Şəhər Prokurorluğuna daxil olan şikayətlər əsasında “Qurtuluş” reabilitasiya mərkəzində araşdırmalar aparılıb. Araşdırmaların nəticəsi olaraq mərkəzdə qanunsuzluqlar aşkarlanıb və faktla bağlı cinayət işi başlanılıb. Mərkəzin rəhbəri Ceyhun Salmanov, təşkilatın əməkdaşları – Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv