Kənan Əkbərov: “Əlillik təyinatlarında süni intellekt həlləri sınaqdan keçirilir”

Kənan Əkbərov: “Əlillik təyinatlarında süni intellekt həlləri sınaqdan keçirilir”






presstv

"Presstv"az #Audi, #Avto, #Mətbuat konfransı, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Pensiya təyinatı, yenidən hesablanması, tutulmaların avtomatlaşdırılması və digər sosial sığorta xidmətləri üzrə bir sıra yeni elektron funksiyalar tətbiq olunub. Bu dəyişikliklər xidmətlərin icra müddətini əhəmiyyətli dərəcədə azaldıb”.

presstvaz xəbər verir ki, bu fikirləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) “Peşə hazırlığı modulu”, “Məşğul şəxslərin reyestri”, “İşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin reyestri”, “İşsizlikdən sığorta ödənişinin elektronlaşdırılması”, eləcə də işdən qısamüddətli icazələrin onlayn alınması elektron xidmətlərə daxildir.

K.Əkbərov əlavə edib ki, cari ildə xidmətlərin təkmilləşdirilməsində süni intellekt əsaslı həllərə üstünlük veriləcək:

“Xüsusilə, əlillik təyinatlarında süni intellekt həllərinin sınaqdan keçirilir. Hazırda əlillik qrupunun avtomatik təyin edilməsi 90%-dək ehtimalla doğru nəticə verir.

Vətəndaşlardan daxil olan bütün müraciətlər vahid mərkəzdən qəbul ediləcək və mərkəzləşdirilmiş şəkildə “Omnichannel” yanaşması əsasında idarə olunacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv