Azərbaycanın təşəbbüsü ilə BMT-də müzakirə təşkil olundu

Azərbaycanın təşəbbüsü ilə BMT-də müzakirə təşkil olundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Münaqişə, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi ilə Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sülh və həmrəylik üçün effektiv mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək üçün yaxşı təcrübələrin müəyyən edilməsi: Əldə edilən dərslər” mövzusunda yüksəksəviyyəli panel müzakirəsi keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, Ümumdünya Dinlərarası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günü çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos, BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq, BMT Baş katibinin köməkçisi və “UN Women”in icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda, UNESCO-nun BMT-dəki nümayəndəsi Eliot Minçenberq, Esseks Universitenin İnsan Hüquqları Mərkəzinin professoru Əhməd Şahid və “Religions for Peace International” qeyri-hökumət təşkilatının baş katibi Fransis Kuria məruzə ilə çıxış ediblər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayevin moderatorluğu ilə baş tutan müzakirələrdə, həmçinin BMT-nin yüksəksəviyyəli rəsmiləri, üzv dövlətlərin səfirləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

T.Musayev qeyd edib ki, panelin təşkilində əsas məqsəd mədəniyyətlər və dinlərarası dialoqu gücləndirmək üçün effektiv yanaşmaları müəyyənləşdirmək, qabaqcıl təcrübələri bölüşmək və artan qütbləşmə fonunda innovativ həlləri müzakirə etməkdir.

F.Cəfərov bildirib ki, artan geosiyasi gərginlik fonunda dialoq yalnız ideal deyil, praktik zərurətdir:

“Mədəniyyətlər və dinlərarası dialoq artıq normativ arzu deyil, münaqişələrin qarşısının alınması, etimad quruculuğu və dayanıqlı inkişaf üçün praktik alətdir”.

Nazir müavini 2008-ci ildə başlanmış “Bakı Prosesi”nin bu sahədə qlobal platformaya çevrildiyini vurğulayıb və qeyd edib ki, bu proses hökumətlərlə yanaşı, dini liderləri, alimləri, gəncləri və vətəndaş cəmiyyətini bir araya gətirən inklüziv modeldir. F.Cəfərov əlavə edib ki, Azərbaycan bu il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək.

Çıxışlarda qeyd edilib ki, dünyada dözümsüzlük, ayrı-seçkilik və zorakılıq hallarının artması beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycanın təşkilatçılığı ilə keçirilən bu panel xüsusi əhəmiyyət kəsb edir.

Panel iştirakçıların sualları və müzakirələrlə davam edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv