Ümid yaradan kəşf: İspaniyada xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu

Ümid yaradan kəşf: İspaniyada xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu






presstv

"Presstv"az #Audi, #İspaniya, #İspaniyanın

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın Elçe şəhərində yerləşən Migel Ernandes Universitetinin alimləri CIBER-BBN tədqiqat mərkəzi ilə birgə gözləri tamamilə görməyən pasiyentin görmə qabiliyyətini qismən bərpa ediblər. Bu, beynin görmə qabığının elektrostimulyasiyası yolu ilə mümkün olub.

presstvaz xəbər verir ki, tədqiqatın nəticələri “Brain Communications” jurnalında dərc olunub.

Məlumata görə, pasiyent görmə sinirinin zədələnməsi nəticəsində üç ildən artıq müddət ərzində görmə qabiliyyətini tamamilə itirib.

Eksperiment çərçivəsində pasiyentin beyninin vizual məlumatların emalına cavabdeh olan ilkin görmə qabığına cərrahi üsulla 100 mikroelektroddan ibarət implant yerləşdirilib.

Elektrostimulyasiya nəticəsində pasiyentdə fosfenlər – sadə işıq hissləri yaranıb. Bununla paralel olaraq o, hər gün azı 30 dəqiqə müddətində xüsusi görmə məşqləri edib, işıq, hərəkət, forma, hərf və rəqəmlərin qavranılmasına dair testlərdən keçib.

Nəticədə pasiyentin görmə kəskinliyi, formaları və hərfləri tanıma qabiliyyəti, eləcə də hərəkət koordinasiyası yaxşılaşıb.

Alimlər qeyd ediblər ki, əldə olunan nəticə hələlik yalnız bir pasiyentdə müşahidə olunub və bu, onun fərdi xüsusiyyətləri ilə bağlı ola bilər.

Bununla belə, tədqiqat beynin görmə funksiyalarını bərpa etmək potensialına malik olduğunu göstərir və ağır görmə zədələri olan şəxslərin reabilitasiyası üçün yeni yanaşmaların, o cümlədən qeyri-invaziv neyrostimulyasiya üsullarının hazırlanmasına imkan yarada bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv