BDU-nun professoru vəfat etdi

BDU-nun professoru vəfat etdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Hadisə, #Vəfat edib, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində “Radiofizika” ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.

Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə “Tərəqqi”, 2019-cu ildə isə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.

BDU-nun professoru vəfat etdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv