Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?

Azərbaycanda orqan nəqli üçün xərc nə qədərdir?






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Cənubi Qafqaz, #Hadisə, #Həkim, #Jurnalistlər, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.

Bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.

Sədr qeyd edib ki, həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var:

"Hazırda Azərbaycanda 4642 şəxs dialezdədir. Onların da donor ola biləcək insanlara ehtiyacı var".

Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda ürək transplantasiyası həyata keçirilib. Əməliyyat olunan şəxs özünü yaxşı hiss etdiyini deyir.

Bəs maraqlıdır ki, Azərbaycanda transplantasiya qaydaları necədir? Bu proses ödənişli həyata keçirilir?

Həkim Adil Qeybulla Day.Az-a açıqlamasında deyib ki, orqan nəqli məsələsi dünyanın heç bir ölkəsində ödənişli əsaslarla həyata keçirilmir.

"Çünki bu proses adətən sığorta sistemi çərçivəsində aparılır və xərclər sığorta tərəfindən qarşılanır. Azərbaycanda da həmçinin. Orqan mənbəyi kimi dünyanın hər yerində əsasən beyin ölümü keçirmiş, sağlam və əksər hallarda gənc şəxslərdən istifadə olunur. Bu şəxslər adətən yol-nəqliyyat hadisələri və ya ağır travmalar nəticəsində vəfat etmiş olurlar və onların orqanları xüsusi siyahılar əsasında, şəffaf şəkildə, ehtiyacı olan xəstələrə köçürülür."

Həkim bildirib ki, alternativ olaraq, orqan yalnız könüllü şəkildə bağışlana bilər.

"Azərbaycanda əvvəllər bu proses Etika Komissiyası tərəfindən ciddi şəkildə yoxlanılır və yalnız müvafiq icazə verildikdən sonra həyata keçirilirdi. Bunun əsas səbəbi isə bəzən orqan nəqlinin arxasında kriminal maraqların, təzyiq və təhdidlərin dayana bilmə ehtimalıdır. Məhz buna görə bu sahə ciddi nəzarət altında saxlanılır."

Adil Qeybullanın sözlərinə görə, hazırda donor bankları mövcud olmadığı üçün orqan donorları əsasən valideynlər, yaxın qohumlar və ailə üzvləri ola bilərlər.

"Üçüncü şəxslərin donor olması yolverilməzdir və donorun mənşəyi mütləq şəkildə dəqiqləşdirilməlidir. Bu məqsədlə Etika Komissiyası fəaliyyət göstərir və xüsusi psixoloji testlər, araşdırma üsulları vasitəsilə donorla resipiyent arasında münasibətlərin səmimiliyi yoxlanılır. Yalnız bu şərtlər ödənildikdən sonra orqan götürülməsinə icazə verilir.  Qeyd etmək lazımdır ki, orqan alqı-satqısı qəti şəkildə mümkün deyil və bu proses nə pulla, nə də ödənişli formada həyata keçirilə bilməz. Xəstələrin əməliyyat xərcləri isə adətən icbari tibbi sığorta tərəfindən qarşılanır."


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv