Fevralın 2-də polis əməliyyatları – onlarla cinayət açıldı

Fevralın 2-də polis əməliyyatları – onlarla cinayət açıldı






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #Dələduzluq cinayəti, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Axtarışda olan şəxslər saxlanıldı, silah və narkotik dövriyyədən çıxarıldı

         Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaza daxil olan məlumata əsasən, fevralın 2-də ölkə ərazisində polis əməkdaşları tərəfindən qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. Həyata keçirilən tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 155 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 23 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

          Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, dələduzluq cinayətinə görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

           Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində görülən işlər çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 8 qumbara, 2 alışdırıcı, 16 tüfəng, 6 patron darağı, 1337 ədəd müxtəlif çaplı patron, 7 mərmi və 2 süngü-bıçaq aşkar edilərək götürülüb.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv