ABŞ sürətlə müharibəyə hazırlaşır – Peyk görüntüləri yayıldı – FOTO

ABŞ sürətlə müharibəyə hazırlaşır – Peyk görüntüləri yayıldı – FOTO






presstv

"Presstv"az #ABŞ, #Çin, #Donald Tramp, #Gəmi, #İran, #Müharibə, #Nəqliyyat, #Qətər, #təyyarə, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və İran arasında artan gərginlik fonunda yayımlanan yeni peyk görüntüləri Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu sürətlə gücləndirdiyini göstərir.

presstvaz xəbər verir ki, analitiklər bildirirlər ki, ABŞ-ın İrana qarşı məhdud və hədəflənmiş hərbi zərbə ehtimalı artmaqdadır, lakin bu ssenarinin siyasi və hərbi riskləri olduqca yüksəkdir.

Yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında Abraham Lincoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi aviadaşıyan qrupun İran istiqamətində hərəkət etdiyini açıqlayıb. Tramp xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrdən "daha ağır" olacaq.

Buna cavab olaraq İranın Ali Liderinin nümayəndəsi və baş siyasi müşaviri Əli Şamxani sosial şəbəkədə yazıb ki, ABŞ-ın istənilən səviyyədə hərbi addımı müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və cavab "dərhal, hərtərəfli və misli görünməmiş" olacaq.

Dieqo Qarsiya bazası, 17 yanvarda peyk görüntüləri ilə çəkilib

Dieqo Qarsiya bazası, 26 yanvarda peyk görüntüləri ilə çəkilib

"Global Times" nəşrinin Çin peyk müşahidə və geokosmik təhlil şirkəti "MizarVision"dan əldə etdiyi eksklüziv peyk görüntülərinə görə, ABŞ son həftələrdə İranı əhatə edən regiondakı hərbi bazalarda həm hücum, həm də müdafiə xarakterli yerləşdirmələri əhəmiyyətli dərəcədə artırıb.

Yanvarın 16-da Qətərdə yerləşən və Yaxın Şərqdə ABŞ-ın ən böyük bazası sayılan Əl-Udeid Hava Bazasında cəmi bir neçə KC-135 hava yanacaqdoldurma və C-17 nəqliyyat təyyarəsi müşahidə olunurdusa, yanvarın 25-nə olan yeni görüntülərdə bu sayın 14 KC-135 təyyarəsinədək artdığı görünür.

Eyni zamanda, bazanın ətrafında Patriot hava və raketdən müdafiə sistemlərinin – raket buraxıcılarının, AN/MPQ-65 radarlarının və əlaqəli qurğuların – yerləşdirildiyi müəyyən edilib.

Ayın əvvəlində Bəhreyndəki ABŞ Dəniz Dəstək Bazasında cəmi üç sahil döyüş gəmisi və iki "Arleigh Burke" sinifli esmines mövcud idisə, hazırda regionda ABŞ donanmasının fəallığının artacağı gözlənilir. Qeyd olunur ki, Abraham Lincoln təyyarədaşıyan gəmisi artıq Cənubi Çin dənizindən Yaxın Şərq istiqamətində hərəkət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv