İş adamı bıçaqladığı şəxs tərəfindən güllələnib – Masallıdakı cinayətin təfərrüatı

İş adamı bıçaqladığı şəxs tərəfindən güllələnib – Masallıdakı cinayətin təfərrüatı






presstv

"Presstv"az #Audi, #Hadisə, #Heyvan kəsimi məntəqəsi, #Lənkəran, #Masallı, #Masallı rayonu, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masallı rayonunda 1985-ci il təvəllüdlü Hikmət Bayramovu güllələyən Şamxal Muxtarzadə və əmisi oğlu Ravinə hökm oxunub.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Bildirilib ki, hadisə 2024-cü ilin aprelində baş verib. Bundan iki ay əvvəl isə Hikmət Şamxalı rayonun Yeddioymaq kəndində bıçaqlayıbmış. Belə ki, münaqişə zəminində baş verən hadisədən sonra Şamxal qisas almaq məqsədilə lüləsi kəsilmiş tüfənglə silahlanaraq əmisi oğlu Ravinlə birgə Hikmətin yaşadığı yerə gedib. Onlar maşından düşərək Hikmətə atəş açıblar. Xəsarət alan şəxsin həyatı xilas edilib.

Bildirilib ki, Hikmət iş adamı olub. Kənddə kafeyə və heyvan kəsimi məntəqəsinə sahib imiş.

Bu hadisələrdən sonra Hikmətə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb və 4 illik həbs cəzası alıb.

Şamxal və əmisi oğlu isə adam öldürməyə cəhd, qanunsuz silah saxlama kimi maddələrlə ittiham edilib.

Məhkəmənin ötən həftə çıxardığı hökmlə Şamxala 11 il 6 ay, əmisi oğluna isə 11 il 3 ay həbs cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv