Azərbaycan millisi xorvat məşqçiyə tapşırılır?

Azərbaycan millisi xorvat məşqçiyə tapşırılır?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #Özbəkistan, #Xorvatiyalı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AFFA 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi ilə bağlı seçimlərini davam etdirir.

presstvaz Futbolinfo.az-a istinadən xəbər verir ki, U-20 yığmamız gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək dünya çempionatında iştirak edəcəyindən, assosiasiya seçimdə yanılmaq istəmir.

Komandamızı ölkə daxilində çalışan mütəxəssislərdən birinin çalışdırmaq ehtimalı daha yüksəkdir. Adı hallanan yerli məşqçilər arasında Aqil Nəbiyev və İlham Yadullayev də var. Lakin assosiasiyanın əsas namizədi “Sabah-2″nin baş məşqçisi Adino Mustedanagiçdir.

Ötən ilin yayında komandanın “sükanı arxasına” gətirilən xorvatiyalı mütəxəssisin rəhbərliyi altında “Sabah-2” uğurlu çıxışla diqqət çəkir. 43 yaşlı məşqçinin komandası hazırda Əvəzedicilər Liqasına liderlik edir. Bu isə AFFA rəhbərliyinin diqqətini cəlb edib. Milli assosiasiya ilə “Sabah” klubu arasında olan münasibətləri nəzərə alsaq, Mustedanagiçin U-20-yə gətirilməsi heç də çətin görünmür.

Qeyd edək ki, Adino Mustedanagiç, eyni zamanda, “Sabah”ın U-19 komandasının da baş məşqçisidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv