Rusiyada avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş nadir “Volqa” satışa çıxarıldı

Rusiyada avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş nadir “Volqa” satışa çıxarıldı






presstv

"Presstv"az #Audi, #Avto, #Rusiya, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Yekaterinburq şəhərində avtomatik ötürmələr qutusu ilə təchiz olunmuş çox nadir QAZ-21 – “Volqa” sedanı satışa çıxarılıb.

presstvaz auto.ru-ya istinadən xəbər verir ki, avtomobil yeddi milyon rubl (təqribən 157 min manat – red.) dəyərində qiymətləndirilib.

Avtomatik ötürmələr qutusu SSRİ-də “Ford”un bazasında hazırlanıb və standart 2.4 litrlik mühərriklə birgə istifadə olunub. Hərəkətə başlama və sürət yığma ikinci pillədə baş verir. Birinci pillə məcburi qaydada qoşulur və aşağısalıcı kimi istifadə edilir. Üçüncü pillə isə yüksək sürətlərdə işləyir.

Cəmi təxminən 700 belə avtomobil buraxılıb. İkipedallı versiyada birinci və ikinci seriyalara aid sedanlar yığılıb. Satışa çıxarılan nümunə birinci seriyaya aiddir və radiator barmaqlığında ulduz nişanı var. Avtomobil 1957-ci ildə istehsal olunub, tam şəkildə bərpa edilib və bundan sonra istismar olunmayıb. Təsvirə görə, bərpa zamanı yalnız avtomobilin dövrünə uyğun orijinal detal və materiallardan istifadə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv