Ömrünün sonuna 1 il qalıb

Ömrünün sonuna 1 il qalıb






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı müğənni-aktyor və realiti-şou ulduzu Rey Cey gələn ilə sağ qalmayacağını bildirib.

Axşam.az xəbər verir ki, məşhur sənətçi sosial media üzərindən etdiyi canlı yayımda həkimlərin ona çox az vaxt verdiyini və ürəyinin cəmi 25% güclə işlədiyini bildirib.

Rey Cey bu ayın əvvəlində Las-Veqasda ağır pnevmoniya və ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib. Sənətçi "az qala öləcəyini" və hazırkı vəziyyətinin çox kritik olduğunu deyib. Həkimlərin rəyinə görə, onun ürək funksiyası həyati təhlükə həddindədir.

Müğənni səhhətinin bu hala düşməsində keçmiş həyat tərzini və zərərli vərdişləri günahlandırıb.

O, illərdir həddindən artıq spirtli içki və psixostimulyatorlardan istifadə etdiyini etiraf edib.

"Özümü məğlubedilməz sanırdım, hər şeyi qaldıra biləcəyimi düşünürdüm, amma yanılmışam. Bu vərdişlər mənim dünyadakı vaxtımı qısaltdı," – deyə o, bildirib.

Ölüm qorxusu yaşamasına baxmayaraq, Rey Cey maddi cəhətdən ailəsini təmin etdiyini deyib. O, övladlarının və uşaqlarının anasının gələcəyini sığortaladığını, buna görə də gözünün arxada qalmayacağını qeyd edib.

Müğənni xüsusilə bacısı, dünya şöhrətli müğənni Brendiyə təşəkkür edib. Brendi qardaşının bütün tibbi xərclərini və ilin sonuna qədər olan borclarını öz üzərinə götürüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv