Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça

Bu çayları əsla almayın: Bir fincan çayda 15 plastik parça






presstv

"Presstv"az #Araşdırma, #çayda

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Science of the Total Environment” jurnalında dərc olunan yeni araşdırma çay həvəskarlarını qorxuya salıb. Elm adamları müəyyən ediblər ki, isti çayda bir litrə qədər 60 ədəd mikroplastik parçacıq ola bilər. Bu isə o deməkdir ki, hər dəfə bir fincan paket çay içəndə təxminən 15 ədəd gözlə görünməyən plastik parçası uduruq.

presstvaz xəbər verir ki, xüsusilə paket çayların kağız kimi görünən hissələrində və ya paketlərin bağlanma nöqtələrində istifadə olunan plastik maddələr qaynar su ilə təmasda olduqda parçalanır. Bu hissəciklər bədəndə xroniki iltihablanmaya, hormonal pozğunluqlara və bağırsaq florasının (mikrobiomun) korlanmasına səbəb ola bilər.

Plastik örtüklü birdəfəlik kağız stəkanlarda içilən çaylarda mikroplastik sayı daha da artır. Şüşə fincanlarda bu rəqəm 14-ə düşdüyü halda, plastik örtüklü stəkanlarda 22-yə qədər yüksəlir.

Məqalədə çaya acılıq verən “tanen” maddəsinə də toxunulub. Tanenlər qidadan aldığımız dəmirin bədən tərəfindən sorulmasına mane olur. Bu, xüsusilə hamilə qadınlar, veganlar və qanazlığı olanlar üçün risklidir.

Ekspertlərdən 4 mühüm tövsiyə:
Paket çaylar əvəzinə ənənəvi dəm çayından istifadə edin. Bu, mikroplastik riskini minimuma endirir.

Çay içərkən plastik və ya daxili plastik örtüklü kağız stəkanlar əvəzinə mütləq şüşə və ya çini (porselen) qablar seçin.

Çaya limon sıxmaq tərkibindəki C vitamini sayəsində dəmirin bədən tərəfindən daha yaxşı sorulmasına kömək edir.

Gün ərzində çay istehlakını 3 fincanla məhdudlaşdırın. Həmçinin, çayı yeməkdən dərhal sonra deyil, ən azı bir saat sonra içməyə çalışın.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv