Arxiv fotoları cinayətin üstünü açdı: 70 il əvvəl Hindistan məbədindən oğurlanmış heykəllər geri qaytarıldı

Arxiv fotoları cinayətin üstünü açdı: 70 il əvvəl Hindistan məbədindən oğurlanmış heykəllər geri qaytarıldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi, #Hindistan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Smitson İnstitutunun Asiya İncəsənəti Milli Muzeyi daxili araşdırmadan sonra məbədlərdən oğurlanmış orta əsrə aid bürünc heykəlləri Hindistana qaytarıb.

presstvaz xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Müəyyən olunub ki, X əsrə aid “Şiva Nataraca”, XII əsrə aid “Şiva Somaskanda” və XVI əsrə aid “Sundarar arvadı Paravayi ilə” heykəlləri XX əsrin ortalarında Hindistandan qanunsuz olaraq çıxarılıb.

Bu fakt 1956-1959-cu illər arasında Tamilnad məbədlərindəki heykəllər barədə arxiv qeydləri və fotoşəkillər vasitəsilə sübut edilib.

İki bürünc heykəl tezliklə vətənlərinə qaytarılacaq, lakin Hindistanla uzunmüddətli müqavilə sayəsində “Şiva Nataraca” (“Rəqs edən Şiva”) Vaşinqtonda sərgilənməyə davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv