Aşağı qan təzyiqinin təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

Aşağı qan təzyiqinin təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq






presstv

"Presstv"az #anemiya, #Audi, #Həkim, #Rusiya, #Xroniki yorğunluq, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Aşağı qan təzyiqi və ya hipotoniya hipertoniyadan (yüksək qan təzyiqi) heç də az təhlükəli deyil”.

presstvaz xəbər verir ki, bu barədə rusiyalı həkim Şota Kalandiya Lenta.ru nəşrinə müsahibəsində danışıb.

Həkim bildirib ki, aşağı qan təzyiqi zamanı qan toxumalara oksigeni daha yavaş çatdırır. Bu isə zəiflik, başgicəllənmə, tez yorulma və başda dumanlanma hissinə səbəb olur. Bəzi insanlarda, xüsusilə bədən vəziyyəti qəfil dəyişdikdə qulaqlarda küy, güclü tərləmə və qısamüddətli huşunu itirmə halları müşahidə oluna bilər.

Şota Kalandiya qeyd edib ki, hipotoniya anemiya, qalxanabənzər vəzinin xəstəlikləri, aritmiya, xroniki ürək və ya böyrəküstü vəzi çatışmazlığı kimi bir çox gizli pozuntular fonunda yarana bilər. Bundan əlavə, vegetativ disfunksiya, xroniki yorğunluq sindromu, kəskin B vitamini çatışmazlığı, susuzlaşma, zəhərlənmə və gizli qan itkisi də qan təzyiqinin aşağı düşməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, aşağı qan təzyiqi həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir: “Daimi enerji çatışmazlığı, yuxululuq və iş qabiliyyətinin azalması koqnitiv (idrak) funksiyaların pozulmasına gətirib çıxarır. Diqqəti cəmləmək və informasiyanı yadda saxlamaq çətinləşir, fiziki yüklənmələrə dözümlülük azalır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv