ABŞ-də inanılmaz olay: həbsxanaya FTB agenti kimi daxil olmağa çalışdı

ABŞ-də inanılmaz olay: həbsxanaya FTB agenti kimi daxil olmağa çalışdı






presstv

"Presstv"az #ABŞ, #Hadisə, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də bir kişi 29 yanvar tarixində özünü Federal Təhqiqat Bürosunun agenti kimi təqdim edərək Luigi Mandjone-ni həbsxanadan azad etməyə çalışıb və saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə CNBC telekanalı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Minnesota ştatının 36 yaşlı sakini Mark Anderson Nyu-Yorkdakı federal həbsxanaya gələrək özünü FTB agenti kimi təqdim edib. O, Mandjone-nin azad olunması ilə bağlı məhkəmə qərarının olduğunu iddia edib.

Mark Anderson həbsxana əməkdaşlarına üzərində silah daşıdığını da bildirib. Lakin hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən onun çantasında yalnız çəngəl və pizza üçün bıçaq aşkar edilib.

Qeyd edək ki, UnitedHealthcare sığorta şirkətinin rəhbəri Brayan Tompsonun qətli 4 dekabr 2024-cü ildə Manhettenin mərkəzində baş verib. Polis məlumatına əsasən, hücum New York Hilton Midtown otelinin yaxınlığında törədilib və Mandjone Tompsonu qəsdən atəşə tutub.

Şübhəli şəxs cinayəti varlı sığorta şirkətlərinin insanların əzabları hesabına qazanc əldə etməsi ilə izah edib. Hadisədən sonra Mandjone ABŞ-da minlərlə insan tərəfindən dəstəklənib. Onun üçün ianə kampaniyaları təşkil olunub və məhkəmə iclaslarında geyindiyi paltarların oxşarları mağazalarda sürətlə satılıb. Belə ki, ötən ilin dekabrında amerikalıların Mandjonenin hücum zamanı geyindiyi gödəkçənin analoqunu kütləvi şəkildə almağa başladığı bildirilmişdi.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv