Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Hava kəskin dəyişəcək

Türkiyədən güclü qar fırtınası Azərbaycana doğru gəlir: Hava kəskin dəyişəcək






presstv

"Presstv"az #Anadolu, #Azərbaycan, #Bakı, #İstanbul, #Qazax, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qonşu ölkdə Türkiyə daha bir sərt şaxtalı hava dalğasının təsiri altına düşəcək. Meteorologiya Baş İdarəsi 20 bölgə üçün sarı hava xəbərdarlığı elan edib. Həmin bölgələrdə güclü yağış və fırtına riski olduğu bildirilib. Maraqlıdır, bu soyuq hava kütləsinin Azərbaycana çatmaq ehtimalı nə qədər realdır?

presstvaz xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, Türkiyədə müşahidə olunan kəskin şaxtalı hava dalğasının Azərbaycana təsir etmə ehtimalı olduqca realdır. Lakin bu təsir adətən bir neçə gün sonra və daha yumşalmış formada özünü göstərir.

Onun sözlərinə görə, meteoroloji qanunauyğunluqlara və hazırkı 2026-cı il fevral proqnozlarına əsasən, bu prosesi aşağıdakı kimi təhlil etmək olar:

"Türkiyənin qərb və mərkəzi hissələrinə daxil olan soyuq hava kütlələri şərqə doğru hərəkət edərək Azərbaycana çatması üçün adətən 48-72 saat (2-3 gün) vaxt tələb olunur. Yəni, bu gün İstanbulda başlayan şaxta, bir neçə gündən sonra ölkəmizə daxil olur".

Cavid Hüseynov vurğulayır ki, soyuq hava kütlələri Türkiyənin dağlıq relyefini (Anadolu yaylasını) keçərkən və xüsusilə Qafqaz dağları ilə qarşılaşdıqda öz ilkin sərtliyini bir qədər itirir və transformasiyaya uğrayır.

"Bakı və Abşeron yarımadası üçün Xəzər dənizi nisbi mülayimləşdirici rol oynayır. Türkiyədən gələn soyuqlar Naxçıvan və ölkənin qərb rayonlarında (Gəncə-Qazax zonası) daha çox hiss oluna bilər".

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv