İsrail yaxın zamanda “Rəfah” nəzarət-keçid məntəqəsini açacaq

İsrail yaxın zamanda “Rəfah” nəzarət-keçid məntəqəsini açacaq






presstv

"Presstv"az #Audi, #Avropa, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Misir, #Qəzza, #Qəzza zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəzza zolağının Misirlə sərhədindəki “Rəfah” nəzarət-keçid məntəqəsi fevralın 1-də açılacaq.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) məlumat verib.

“Atəşkəs razılaşmasına və İsrail siyasi rəhbərliyinin göstərişinə uyğun olaraq, “Rəfah” nəzarət-keçid məntəqəsi gələn bazar günü, fevralın 1-də hər iki istiqamətdə, yalnız insanların məhdud hərəkəti üçün açılacaq”, – deyə məlumatda bildirilib.

Qurum qeyd edib ki, bu sərhəd-keçid məntəqəsi vasitəsilə Qəzza zolağına giriş və çıxışa Misirlə koordinasiyalı şəkildə, İsrail təhlükəsizlik xidmətləri tərəfindən ilkin yoxlamadan sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında icazə veriləcək. COGAT xatırladılıb ki, “Rəfah” nəzarət-keçid məntəqəsi sonuncu dəfə 2025-ci ilin yanvarında açıldığı zaman da oxşar mexanizm işlək olub.

İdarə vurğulayıb ki, Qəzzaya giriş yalnız döyüşlər zamanı anklavı tərk edən yerli sakinlərə və yalnız İsrailin əvvəlcədən təsdiqindən sonra icazə veriləcək.

“Avropa İttifaqı missiyası tərəfindən “Rəfah” nəzarət-keçid məntəqəsində həyata keçirilən ilkin identifikasiya və yoxlamaya əlavə olaraq, İsrail Müdafiə Qüvvələri tərəfindən nəzarət edilən ərazidə, Müdafiə Nazirliyinin yurisdiksiyası altında təyin olunmuş dəhlizdə əlavə yoxlama və identifikasiya proseduru da aparılacaq”, – deyə məlumatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv