Pul xərcləməyə ehtiyac qalmadı: Ən güclü detoks bədənimizdə var imiş

Pul xərcləməyə ehtiyac qalmadı: Ən güclü detoks bədənimizdə var imiş






presstv

"Presstv"az #Audi, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir çox insanlar sağlamlığı və yaxşı əhvali-ruhiyyəni qorumaq üçün mütləq şəkildə detoksun – orqanizmin xüsusi təmizlənməsinin vacib olduğuna inanırlar. Lakin mütəxəssislər bildirirlər ki, insan orqanizmi özünü effektiv şəkildə təmizləyə bilən mükəmməl bir sistemdir.

presstvaz bildirir ki, bu barədə rusiyalı həkim Olqa Aleksandrova “Aif.ru” nəşrinə verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, detoksikasiya qaraciyər, bağırsaqlar, böyrəklər, ağciyərlər, dəri və immun sisteminin iştirakı ilə baş verən təbii bir prosesdir. Əsas filtr rolunu oynayan qaraciyər bu prosesi iki mərhələdə həyata keçirir: əvvəlcə toksinləri suda həll olan birləşmələrə çevirir, daha sonra isə onları amin turşuları və qlütationla birləşdirərək böyrəklər, bağırsaqlar və ya dəri vasitəsilə orqanizmdən təhlükəsiz şəkildə xaric edir.

Həkim vurğulayıb ki, orqanizmin təbii fəaliyyətini dəstəkləmək üçün bir neçə sadə qaydaya riayət etmək kifayətdir.

Belə ki, tərkibində konservantlar və süni əlavələr olan qidaların istehlakı azaldılmalıdır. Qida rasionuna daha çox liflə zəngin məhsullar – tərəvəzlər, meyvələr, dənli və paxlalı bitkilər əlavə etmək tövsiyə olunur. Eyni zamanda, düzgün maye qəbulu rejimi də mühüm əhəmiyyət daşıyır: gündə ən azı 2 litr su içmək lazımdır. Orqanizmin daha yaxşı təmizlənməsi üçün fiziki aktivliklə məşğul olmaq, həmçinin dəridən toksinlərin xaric olmasını təşviq edən hamam və ya saunaya baş çəkmək də faydalı hesab edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv