“Black Badge Spectre” Azərbaycanda debüt edir

“Black Badge Spectre” Azərbaycanda debüt edir






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Gürcüstan, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rolls-Royce Motor Cars Baku” 27 yanvar tarixində “Black Badge Spectre” modelini Azərbaycanda ilk dəfə olaraq media tədbiri çərçivəsində təqdim edib. Müştərilər isə rəsmi debütü növbəti axşam keçirilən eksklüziv tədbirdə qeyd ediblər.

“2016-cı ildə keçirilən “Black Badge” modelinin ilk debütündən etibarən “Rolls-Royce”un alter egosu Azərbaycanda yeni müştərilər cəlb edib və regionda on ildən artıq müddətdə yeganə diler kimi davamlı uğurumuza töhfə verib”, – deyə “Improtex Motors” və “Rolls-Royce Motor Cars Baku”nun vitse-prezidenti Günel Ələkbərova bildirib.

“Ghost”, “Cullinan” və onların “Black Badge” versiyaları müştərilər arasında böyük maraq doğurur. İki il əvvəl “Spectre” modelinin təqdimatı, bu gün isə onun alter egosunu öz doğma torpağımızda qarşılamaqdan məmnunluq duyuruq” – deyə o qeyd edib.

“Black Badge Spectre” “Rolls-Royce”un ən güclü və cəsarətli təcəssümüdür – bu isə modelə maraq göstərən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.

“Rolls-Royce Motor Cars” şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar üzrə direktoru Frank Tiemann qeyd edib ki, “Black Badge Spectre” debütu ilə, “Spectre” modelinin ona xas olan səssiz, yüngül, lakin güclü sürücülük təcrübəsi ilə qeyri-adi impulsu davam edəcək: “Hər mənada “Black Badge Spectre” ilk növbədə “Rolls-Royce”dur, yalnız bundan sonra isə elektrik avtomobilidir”.

“Black Badge Spectre” dörd rəqəmli fırlanma anı göstəricisini (1075 Nm) və rekord səviyyədə 485 kVt (659 a.g.) gücü təmin edə bilir. Bu isə onu tarixdəki ən güclü “Rolls-Royce” edir.

Daha emosional sürücülük təcrübəsi

“Black Badge Spectre” üçün güclü impuls partlayışları konsepsiyası iki güc ötürücü innovasiyası ilə aşırı həddə çatdırılıb.

Birinci innovasiya “Black Badge” “Rolls-Royce”u simvolizə edən sonsuzluq işarəsinə həsr olunmuş unikal “Infinity Mode” rejimidir.

Sükan üzərindəki “Infinity ∞” düyməsi basıldıqda, 485 kVt (659 a.g.) gücün tam həcmi istifadəyə verilir və sürücüyə daha birbaşa qaz pedalı reaksiyası təqdim olunur.

Əvvəlki bütün “Black Badge” modellərində olduğu kimi, “Black Badge Spectre” də güzgü parıltılı dekorativ elementlərin imza xarakterli tünd işləməsi ilə təqdim olunur və bu, onun noir xarakterini vurğulayır. Bura, məsələn, markanın əlamətdar “Parthenon” barmaqlığının çərçivəsi, “Spirit of Ecstasy” fiquru və ikiqat “R” şərəf nişanı daxildir.

“Mühəndislərimiz “Black Badge” modeli üzrə dərin şəxsi təcrübələrini, məlumat elmini və fərqli müştəri rəylərini birləşdirərək intensiv və kompromissiz xarakter yaratdılar – brendimizin gücləndirilmiş alter egosunu!” – deyə Frank Tiemann vurğulayıb:

Bu ayın əvvəlində Azərbaycan və Mərkəzi Asiyada yeganə diler olan “Rolls-Royce Motor Cars Baku” 2025-ci il üzrə əlamətdar uğurlarını açıqlayıb.

“Bespoke” sifarişləri rekord səviyyəyə çatıb, o cümlədən dünyada cəmi 25 ədəd istehsal olunan “Phantom Centenary Private Collection” avtomobillərindən biri Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı müştəriyə təqdim edilib. Müştərilərə təhvil verilən avtomobillərin ümumi sayı 2014-cü ildə dilerin açılışından etibarən ən yüksək göstərici təşkil edib. İl ərzində diler Özbəkistan və Gürcüstanda müştəri tədbirləri, həmçinin Bakının mərkəzində yerləşən salonunda eksklüziv tədbirlər keçirib.

“Rolls-royce motor cars Baku”

Azərbaycanda yeganə “Rolls-Royce” dileri Bakının tam mərkəzində, A.Əlizadə küçəsi 5 ünvanında yerləşir.

www.rolls-roycemotorcars.az

“Instagram”: @rollsroycemotorcarsbaku

2014-cü ildə “Rolls-Royce Motor Cars Baku” diler kimi fəaliyyətə başlayıb, 2018-ci ildə isə dünya üzrə 130 “Rolls-Royce” dileri arasında seçilərək satış dinamikasına görə nüfuzlu “Global Dealer of the Year” mükafatına layiq görülüb.

Black Badge Spectre Azərbaycanda debüt edir

Black Badge Spectre Azərbaycanda debüt edir

Black Badge Spectre Azərbaycanda debüt edir

Black Badge Spectre Azərbaycanda debüt edir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv