Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb

Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan İnvestisiya Şirkəti, #Gürcüstan, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov, #Qəbələ, #Qəbələ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüsləri müzakirə edilib.

“Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun təşviqi baxımından perspektivləri qeyd edilib.

Xatırladaq ki, “Gabala Beverage Company” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) və Gürcüstanın “Georgian Beer Company Ltd.” şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb.

Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq”, – deyə məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv