Maşın almaq adı ilə gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb

Maşın almaq adı ilə gəldiyi evdən oğurluq edən şəxs saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Hadisə, #Məhkum, #Mobil telefon, #Oğurluq hadisəsi, #Sabunçu rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Sabunçu rayonunda dələduzluq və oğurluq faktı
          Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

Belə ki, zərərçəkən avtomobilini satmaq məqsədilə alıcı qismində gələn şəxsi evinə dəvət edib. Danışıqlar zamanı otaqdan çıxdığı anda həmin şəxs onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədlərini oğurlayıb. Daha sonra zərərçəkənə zəng edərək taladığı əşyaları geri qaytaracağını desə də, vədinə əməl etməyərək oğurlanan əşyaları satıb.

         Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E.Hüseynov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv