Salyanda ağır xəstə üçün çağırılan təcili tibbi yardım avtomobili yolda qaldı

Salyanda ağır xəstə üçün çağırılan təcili tibbi yardım avtomobili yolda qaldı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gecə sosial şəbəkələrdə Salyan rayonunda, Xələc və Qarabağlı kəndləri arasındakı çöllükdə təcili tibbi yardım avtomobilinin yolda qalmasını əks etdirən şəkillər paylaşılıb. Qeyd olunub ki, avtomobil gecə saatlarında, çağırışa gedən zaman xarab olub.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təcili tibbi yardım avtomobili texniki nasazlıq səbəbindən yolda qalıb: “Salyan rayonunun Qarabağlı kəndinə çağırışa yollanan təcili tibbi yardım avtomobilində texniki nasazlıq qeydə alınıb. Təcili tibbi yardım avtomobilindəki briqadaya kömək məqsədilə texniki işçilər cəlb olunublar. Çağırış ünvanına isə digər təcili tibbi yardım avtomobili yönləndirilib”.

Z.Adilova çağırış ünvanındakı xəstənin vəziyyətinin ağır qiymətləndirildiyini də diqqətə çatdırıb: “Qarabağlı kənd sakini, 1942-ci il təvəllüdlü (qadın cinsli) şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pnevmoniya diaqnozu ilə ona zəruri tibbi xidmət göstərilir. Vəziyyəti ağır qiymətləndirilir”.

“Presstv”az xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv