Çətin həyat şəraitində olan uşaqların müdafiəsi ilə bağlı yeni mexanizmlər müəyyən edilir

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi ilə bağlı yeni mexanizmlər müəyyən edilir






presstv

"Presstv"az #Ailə, #Audi, #Milli Məclis, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Uşaq hüquqları haqqında” Qanuna xüsusi fəsil daxil edilib.

presstvaz xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” Qanuna və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə dəyişiklik layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.

Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür.

Bundan irəli gələrək “Sosial xidmət haqqında” Qanuna və “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”yə yeni normaların daxil edilməsi nəzərdə tutulur. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv