2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib

2025-ci ildə sahibkarlar üçün bir sıra layihə və proqramlar icra edilib






presstv

"Presstv"az #Audi, #Bakı, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə sahibkarlığın təşviqi, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, innovativ biznes təşəbbüslərinin dəstəklənməsi, maliyyə resurslarına çıxış və alternativ maliyyələşmə və s. istiqamətlərdə bir sıra layihə və proqramlar həyata keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, KOBİA tərəfdaş qurumlarla birgə reallaşdırdığı “Qarabağ KOB-ları”, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar”, “Bizdən biznesə” startap müsabiqəsi, “Gənclərin biznes emalatxanası”, “Biznes Akademiyası”, “İnvestisiya səyahəti”, “Regional tərəfdaşların inkişafı” və s. layihələrdən ümumilikdə 300-ə yaxın sahibkar, biznesə başlamaq istəyən şəxs və startap faydalanıb.

Layihələr Bakı şəhərini və ölkə regionlarını əhatə edib. Bu layihələr çərçivəsində iştirakçıların biznes biliklərinin artırılması üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumları ilə görüşlər, master-klaslar təşkil olunub, sahibkarlara müxtəlif avadanlıqlar verilib, startap layihələri maliyyələşdirilib.

Sahibkarlar və digər maraqlı tərəflər KOBİA-nın tərəfdaş qurumlarla birgə 2026-cı ildə həyata keçirəcəyi müxtəlif layihə və proqramlar barədə Agentliyin www.smb.gov.az internet səhifəsini və sosial media hesablarını izləməklə məlumat əldə edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv