Finlandiyada 30 il dondurucuda saxlanılan cütlük dəfn edilib

Finlandiyada 30 il dondurucuda saxlanılan cütlük dəfn edilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Finlandiya, #Hakim, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiyada 30 ildir fərdi evlərdən birinin dondurucu kamerasında saxlanılan kişinin və qadının cəsədləri dəfn edilib.

presstvaz xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat verib.

Cəsədlər 80 yaşlı həkimin valideynlərinə məxsus olub. Kişi bildirib ki, birlikdə dəfn olunmaq istəyən valideynlərinin son istəklərini yerinə yetirir. O həmçinin qeyd edib ki, gələcəkdə özünün və qardaşının da eyni məzarda dəfn edilməsini arzulayır.

Təqaüdçü ailə məzarlığının yaradılması üçün rəsmi müraciət edib.

1994 və 1995-ci illərdə vəfat edən kişi və qadının cəsədləri 2024-cü ilin sentyabrında aşkar edilib. Evin sahibi sonradan cəsədləri təhqir etməkdə ittiham olunub. Hakimiyyət orqanları cəsədlərin basdırılması barədə tapşırıq versə də, mərhumun oğlu bu qərara etiraz edib və ailəvi dəfn mərasimi təşkil etmək üçün vaxt istəyib. Nəticədə cəsədlər Finlandiyanın cənub-qərbindəki Turku şəhərindəki qəbiristanlıqda dəfn edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv