“Volkswagen” 44 min elektromobili geri çağırdı – SƏBƏB

“Volkswagen” 44 min elektromobili geri çağırdı – SƏBƏB






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avto, #avtomobillər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı akkumulyator batareyalarında yanğın riski ilə bağlı ABŞ-də 44 551 elektrik avtomobilini geri çağırmağa başlayıb.

presstvaz bildirir ki, bu barədə “Reuters” yanvarın 27-də ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına istinadən xəbər yayıb.

Məlumata əsasən, geri çağırma kampaniyası çərçivəsində 2023-2025-ci illərin istehsalı olan 43 881 ədəd “Volkswagen ID.4” elektrik avtomobilində batareyanın həddindən artıq qızması ehtimalı müəyyən edilib. Bu hal isə yanğın riskini artırır. Bundan əlavə, bəzi akkumulyatorlarda elektrodların düzgün yerləşdirilməməsi səbəbindən 2023-2024-cü illərin istehsalı olan daha 670 elektrik avtomobilin də geri qaytarılacağı bildirilib.

Qeyd olunub ki, söhbət “ID.4” modelində istifadə olunan batareya blokları ilə bağlı iki ayrı geri çağırma kampaniyasından gedir.

ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasından bildirilib ki, “Volkswagen” dilerləri geri çağırma siyahısına daxil olan bütün elektrik avtomobilləri üçün proqram təminatının yenilənməsini, diaqnostikanı və zəruri hallarda batareyaların dəyişdirilməsini ödənişsiz həyata keçirəcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv