Bahar Muradova: “Uşaqlarla bağlı qüvvədə olan qanun müasir tələblərlə uzlaşmır”

Bahar Muradova: “Uşaqlarla bağlı qüvvədə olan qanun müasir tələblərlə uzlaşmır”






presstv

"Presstv"az #Ailə, #Audi, #Bahar Muradova, #Milli Məclis, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Təcrübə göstərir ki, uşaq hüquqlarının təmin edilməsi üçün tənzimləmələri nəzərdə tutan sahəvi aktlar bir çox hallarda beynəlxalq sənədlərdə təsbit edilən vahid yanaşmaları tam və aydın əhatə etmir. Qüvvədə olan qanunumuz isə müasir tələblərlə uzlaşmır”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“Bu səbəbdən müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var. Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir. Bu, mövcud qanunvericiliklə müqayisədə daha sistemli və əhatəli yanaşmadır”, – deyə komitə sədri əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv