NİİM ötən il qeydə alınan qəzalar və nəqliyyat sıxlığı ilə bağlı məlumat yayıb

NİİM ötən il qeydə alınan qəzalar və nəqliyyat sıxlığı ilə bağlı məlumat yayıb






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Bakı, #DİN, #Hadisə, #Heydər Əliyev, #Nəqliyyat, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Paytaxt yollarında yol-nəqliyyat hadisələrinin əsas səbəbləri açıqlanıb
          Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən,
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Aparılan təhlillər göstərib ki, qəzaların əsas səbəbləri yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət, düzgün ara məsafəsinin seçilməməsi, yol nişanlarının tələblərinin pozulması və sürücü diqqətsizliyidir.

Hadisələr əsasən avtomobillərin intensiv hərəkət etdiyi Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı–Sumqayıt, Aeroport, Sabunçu–Zabrat şoselərində və digər əsas yollarda baş verib.

           Məlumata görə, il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Qəzalar və nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən operativ tədbirlər görülüb.

Bakıda nəqliyyat axınının intensivliyini artırmaq məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara 73 min 717 dəfə “yaşıl dalğa” rejimi tətbiq edilib.

          Həmçinin məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları barədə sürücülər məlumatlandırılıb, təhlükəsizliyin təmin edilməsi məqsədilə il ərzində sürət hədləri 63 dəfə endirilib.

   presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv