Rusiyada FSB interneti və telefon əlaqəsini kəsmək hüququ əldə edəcək

Rusiyada FSB interneti və telefon əlaqəsini kəsmək hüququ əldə edəcək






presstv

"Presstv"az #Ədliyyə Nazirliyi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya operatorları FSB-nin tələbi ilə interneti dayandırmaqla məcbur edilə bilər.

Rusiya rabitə operatorları Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi əsasında xidmət göstərməni dayandırmaqla bağlı məcburi addımlar atmalı olacaq.

presstvaz bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Bildirilib ki, bu barədə “Rabitə haqqında” qanuna ediləcək dəyişikliklər artıq hökumətin qanunvericilik komissiyası tərəfindən təsdiqlənib.

Dəyişikliyə görə, operatorlar təhlükəsizlik orqanlarının tələbini yerinə yetirmək üçün mobil və ev internetini kəsə biləcək. Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya Nazirliyi tərəfindən hazırlanmış dəyişikliklər “Rabıtə haqqında” federal qanuna əlavə olunacaq. Hökumətin qanunvericilik fəaliyyətinə dair komissiyası artıq bu təşəbbüsü dəstəkləyib.

Layihəyə əsasən, operatorlar vətəndaşların və dövlətin təhlükəsizliyi üçün təhlükə yaradan hallarda rabitə xidmətlərini dayandırmalıdır. FSB-nin belə tələblər göndərə biləcəyi konkret hallar isə prezident və hökumət tərəfindən ayrıca normativ aktlarla müəyyən ediləcək. Eyni zamanda operatorlar xüsusi xidmətlərin tələblərinə əməl etməklə müqavilə öhdəliklərini yerinə yetirmədikləri halda abonentlər qarşısında məsuliyyət daşımayacaqlar.

Dəyişiklik layihəsi Daxili İşlər Nazirliyi, FSB, İqtisadi İnkişaf Nazirliyi və Rospotrebnadzor daxil olmaqla bir sıra qurumlarla razılaşdırılıb. Həmçinin sənədə Rusiya Federasiyası Ədliyyə Nazirliyi, Hökumət yanında Qanunvericilik və müqayisəli hüquq institutunun və prezidentin dövlət-hüquq idarəsinin rəyi verilib.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv