KİV: ABŞ İrana dəqiq zərbələr endirməyi nəzərdən keçirir

KİV: ABŞ İrana dəqiq zərbələr endirməyi nəzərdən keçirir






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avto, #avtobus, #Donald Tramp, #Gəmi, #Hadisə, #Hakim, #İran, #İsrail, #Tehran, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ etiraz aksiyalarının iştirakçılarının ölümündə əli olan İran rəsmiləri və komandirlərini hədəf alan dəqiq hücumlar etmək imkanını nəzərdən keçirir”.

presstvaz xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri Fars körfəzi ölkələrindən birindəki mənbəsinə istinadən məlumat yayıb.

Xəbərə görə, Birləşmiş Ştatlar İslam Respublikasına bu həftə hücum edə bilər, lakin zərbələrin konkret vaxtı hələ də müzakirə olunur.

İddiaya görə, ABŞ Administrasiyası daxilində İranın mümkün cavabı ilə bağlı xaotik müzakirələr gedir.

ABŞ-nin adı açıqlanmayan keçmiş kəşfiyyat rəsmisi administrasiyadakı danışıqlara əsaslanaraq nəşrə bildirib ki, Donald Tramp İranda rejim dəyişikliyi istəyindən əl çəkməyib.

ABŞ lideri daha əvvəl “Axios”a verdiyi müsahibədə İran yaxınlığında böyük qüvvələr topladıqlarını və eyni zamanda Tehranın dialoqa, Vaşinqtonla potensial razılaşmalara hazır olduğuna əminliyini bildirmişdi.

İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai isə ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izlədiklərini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər görüldüyünü bəyan edib.

Yanvarın 23-də Tramp ABŞ-nin İranı izlədiyini və bölgəyə əhəmiyyətli qüvvələr yerləşdirdiyini də açıqlayıb. Ağ Ev rəhbəri bu istiqamətdə çoxlu gəminin, böyük bir donanmanın hərəkət etdiyini bildirib. O, əvvəllər İslam Respublikasına qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv