Nərimanov rayonunda MTK binanın həyətini zəbt edib? – Sakinlərdən ŞİKAYƏT

Nərimanov rayonunda MTK binanın həyətini zəbt edib? – Sakinlərdən ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Hadisə, #Nərimanov rayonu, #Yanğın hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 25 ünvanında yerləşən binanın həyətində “RAF” Mənzil-Tikinti Kooperativi tərəfindən qanunsuz şlaqbaum və parkinq sistemi quraşdırılıb.

Sakinlərin sözlərinə görə, bu səbəbdən onlar öz avtomobilləri ilə həyətyanı sahəyə daxil ola bilmirlər.

“Övladımla buradan keçə bilmirəm. Ərazini tamamilə özəlləşdiriblər, yerləri pulla satır, parkinq sahəsinə çeviriblər. Evdə yaşlı anam var, təcili yardım çağıranda avtomobil əraziyə daxil ola bilmir”, – deyə sakinlərdən biri bildirib.

Digər sakin isə iddia edib ki, “RAF” MTK-nın işçiləri ağacları qurutmaq üçün kimyəvi maddələr tökürlər: “İşçilər ağaclara turşu tökərək onları qurudurlar. Neçə dəfə yanğın hadisəsi baş verib. Həmçinin qaz borularını da kəsirlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv