Kişilərdə 30 yaşına çatmadan saçları niyə tökülür?

Kişilərdə 30 yaşına çatmadan saçları niyə tökülür?






presstv

"Presstv"az #Ailə, #Düzgün qidalanma, #Həkim, #Saç tökülmə, #Saç tökülməsi, #Siqaret, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər kişilər arasında saç tökülməsinin daha erkən yaşlarda müşahidə olunması geniş müzakirələrə səbəb olub. Mütəxəssislər bu problemin yaranmasında bir neçə əsas amilin rol oynadığını bildirirlər.

presstvaz xəbər verir ki, dermatoloqların sözlərinə görə, kişilərdə saç tökülməsinin ən əsas səbəbi genetik faktorlardır. Ailədə erkən yaşlarda saç tökülməsi müşahidə olunubsa, bu risk növbəti nəsildə də yüksək olur. Xüsusilə androgenetik alopesiya adlanan bu tip saç tökülməsi hormonlarla birbaşa əlaqəlidir.

Mütəxəssislər qeyd edirlər ki, stress və gərgin həyat tərzi də saç tökülməsini sürətləndirən əsas səbəblər sırasındadır. Uzunmüddətli stress saç köklərinin zəifləməsinə və tökülmənin artmasına səbəb olur.

Bununla yanaşı, düzgün qidalanmama, vitamin və mineral çatışmazlığı, xüsusilə də dəmir, sink və B qrupu vitaminlərinin azlığı saç sağlamlığına mənfi təsir göstərir. Həmçinin, siqaret və spirtli içkilərdən istifadə, yuxusuzluq və hormonal pozuntular da saç tökülməsini gücləndirən amillər arasında yer alır.

Həkimlər xəbərdarlıq edirlər ki, saç tökülməsi normadan artıq olduqda və ya qəfil başladıqda mütləq mütəxəssisə müraciət edilməlidir. Erkən diaqnoz və düzgün müalicə ilə saç tökülməsinin qarşısını almaq və prosesi yavaşlatmaq mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv