Almaniyada səkkiz minə yaxın qaçqın itkin düşmüş hesab olunur

Almaniyada səkkiz minə yaxın qaçqın itkin düşmüş hesab olunur






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyada 8 minə yaxın qaçqın itkin düşmüş hesab olunur.

presstvaz xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, müxtəlif ölkələrdən turist və ya miqrant kimi gələrək ilkin qəbul mərkəzlərində qeydiyyata alınan 7 624 nəfərin izləri daha sonra yoxa çıxıb.

Bildirilir ki, qəbul mərkəzində yaşayan və müavinət alanlar qeydiyyatdan çıxmadan oradan kənarlaşa bilməzlər.

Əgər sakin iki-üç gün ərzində yoxdursa, o, itkin düşmüş hesab olunur.

Məlumata görə, yalnız bir neçə nəfər ilkin qəbul mərkəzinə qayıdıb.

İddia edilir ki, hazırda heç kim bu insanların harada olduğunu bilmir. Dövlət orqanları itkin düşmüş şəxsləri axtarmır, əksinə onları qeydiyyatdan çıxarır, müavinət almaq hüququndan məhrum edir və ödəniş kartlarını bloklayır.

Hakimiyyət orqanları şübhələnir ki, onların bir çoxu Almaniyada, xüsusən də qohumlarının yaşadığı böyük şəhərlərdə gizlənir. Qalanlarının isə digər Avropa Birliyi ölkələrinə və ya Böyük Britaniyaya üz tutduğu ehtimal olunur.

Xəbərdə qeyd olunur ki, bəzi qaçqınların öz ölkələrinə qayıtması da mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv