Sabunçu rayonunda narkotiklərə qarşı əməliyyat keçirildi

Sabunçu rayonunda narkotiklərə qarşı əməliyyat keçirildi






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Cinayət işi, #İran, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Sabunçu rayonu, #Sosial şəbəkələr, #WhatsApp, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
16 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
         Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

          Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

presstvaz    – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv