Saç tökülməsi xəstəliyin siqnalı ola bilər

Saç tökülməsi xəstəliyin siqnalı ola bilər






presstv

"Presstv"az #anemiya, #Audi, #Həkim, #Saç tökülmə, #Saç tökülməsi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Stress, orqanizmdə dəmir çatışmazlığı və B qrupu vitaminlərinin azlığı ilə yanaşı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar, eləcə də statin preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər.

presstvaz xəbər verir ki, bu barədə gazeta.ru-ya müsahibəsində tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, telogen saç tökülməsinin, yəni saç follikullarının vaxtından əvvəl istirahət fazasına keçməsinin əsas səbəbləri əksər hallarda gizli dəmirdefisitli anemiya və qida rasionunda zülal çatışmazlığı ilə əlaqəlidir.

Anemiya zamanı qan zərdabında və sümük iliyində dəmirin miqdarı azalır. Bu isə hemoqlobinin və eritrositlərin – qırmızı qan hüceyrələrinin normal şəkildə formalaşmasını pozur.

“Saçlar zülal və dəmir çatışmazlığına ilk reaksiya verən strukturlardandır. Çünki resurs qıtlığı şəraitində orqanizm ikinci dərəcəli prosesləri “söndürür”, – deyə trixoloq izah edib.

Həkim klassik səbəblər sırasında B qrupu vitaminlərinin (B12, B9 və B5) çatışmazlığını, həmçinin qalxanabənzər vəzinin xəstəliklərini də qeyd edir. Daha az nəzərəçarpan amillərə isə yüksək hərarətlə müşayiət olunan infeksiyalar daxildir.

Bundan əlavə, mütəxəssis hormon preparatlarının və sitostatiklərin – bədxassəli hüceyrələrin bölünməsini seçici şəkildə dayandıran dərmanların saçın böyüməsinə və keyfiyyətinə mənfi təsir göstərə biləcəyini də xatırladıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv