Nitsşe və Heynenin ziyarət etdiyi Almaniyanın ən qədim mehmanxanalarından biri bağlandı

Nitsşe və Heynenin ziyarət etdiyi Almaniyanın ən qədim mehmanxanalarından biri bağlandı






presstv

"Presstv"az #Almaniya, #Audi, #Koronavirus, #Minimum əməkhaqqı, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniyanın Bonn şəhərində yerləşən, ən qədim mehmanxanalarından biri olan “Schaumburger Hof” 270 ildən çox fəaliyyət göstərdikdən sonra müflis olub.

presstvaz xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, mehmanxana hazırda bağlıdır. Onun iflasının səbəbləri arasında koronavirus pandemiyası, minimum əməkhaqqının artması və yüksək enerji qiymətləri var.

Obyektin tarixi 31 mart 1755-ci ildə başlayır. O vaxt yerli şərabçılardan biri Reyn çayının düz sahilində mehmanxana tikmək ideyasını irəli sürüb. Sonradan obyekt xeyli gəlir gətirib, mehmanxananın restoranı zadəganların sevimli istirahət yerinə çevrilib.

Müxtəlif vaxtlarda məşhur alman filosofu Fridrix Nitsşe, coğrafiyaşünas, təbiətşünas və tədqiqatçı Aleksandr fon Humboldt və şair-publisist Henrix Heyne buraya baş çəkiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv