Bu oyuncağı gətirənə 23 000 dollar verirlər

Bu oyuncağı gətirənə 23 000 dollar verirlər






presstv

"Presstv"az #Avto, #avtobus, #Dollar, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşaqlığınızdan qalan köhnə bir “Hot Wheels” maşını sizə kiçik bir sərvət qazandıra bilər. Kolleksiyaçılar xüsusilə bir modelin axtarışındadırlar və onun üçün ağlasığmaz məbləğlər ödəməyə hazırdırlar.

presstvaz xəbər verir ki, söhbət 1968-ci ildə istehsal edilmiş “Beach Bomb” adlı çəhrayı rəngli “Volkswagen” mikroavtobus modelindən gedir. Bu oyuncağı digərlərindən fərqləndirən və bu qədər dəyərli edən cəhət onun istehsalındakı nadir xüsusiyyətlərdir.

Bu oyuncaq avtomobilin bu qədər baha olmasının bir neçə səbəbi var:

İlk istehsal olunan bu modellərdə sörfinq taxtaları arxa pəncərədən çölə doğru uzanırdı. Lakin bu dizayn maşının balansını pozduğu üçün sonradan istehsal dayandırıldı və dizayn dəyişdirildi. Buna görə də, “arxadan sörfinq taxtalı” modellərdən dünyada çox az sayda qalıb.

Xüsusilə çəhrayı rəngli olanlar qız uşaqlarını cəlb etmək üçün az sayda istehsal edilmişdi, lakin o dövrdə oğlan uşaqları arasında populyar olmadığı üçün satışdan çıxarılmışdı. Bu da onu hazırda ən nadir parçalardan birinə çevirir.

Kolleksiyaçılar bu nadir oyuncaq üçün hazırda 18 min dollar (təxminən 38 000 manat) təklif edirlər. Bəzi hərraclarda bu rəqəmin daha da yuxarı qalxdığı bildirilir. Mütəxəssislər uşaqlıq oyuncaqlarını saxlayan insanlara sandıqlarını yenidən yoxlamağı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv