ABŞ İrana hücumu nə vaxt başlayacaq? – Yeni məlumatlar

ABŞ İrana hücumu nə vaxt başlayacaq? – Yeni məlumatlar






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Ərəb Əmirlikləri, #Hərbi Hava Qüvvələri, #İran, #İraq, #İsrail, #Nəqliyyat, #Qətər, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tehran, #təyyarə, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mənbələr ABŞ-ın qərarını İrana qarşı böyük bir zərbə hazırlıqları fonunda açıqlayıblar.

ABŞ İraq, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yaxın gələcəkdə İrana qarşı mümkün hərbi əməliyyatın başlaya biləcəyi barədə məlumat verib.

presstvaz bidirir ki, bu barədə ərəb mənbələrinə istinadən Telegram kanalı Intelli News məlumat yayıb.

Bu fonda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi Yaxın Şərqə yerləşdirilir: biri İordaniyanın Muaffaq Salti hava bazasına, digər üçü isə Qətərin Əl-Udeyd hava bazasına.

Daha əvvəl bildirildiyi kimi, ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirməyə davam edir və mənbələrə görə, yaxın günlərdə əlavə qüvvələrin tam şəkildə yerləşdirilməsi gözlənilir. İsrail hesab edir ki, hazırkı eskalasiyanı nəzərə alsaq, ən çox ehtimal olunan ssenari diplomatik danışıqlar deyil, ABŞ-ın İrana hücumudur.

Müdafiə Nazirliyi həmçinin Tehranın səhv etməsi, ABŞ-ın və regional qüvvələrin hərəkətlərinin səhv qiymətləndirilməsi ehtimalını da nəzərə alır. (lent.az)

presstvaz

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv