Salyan sakinlərinin yol PROBLEMİ: “Palçığın içində itib-batmışıq”

Salyan sakinlərinin yol PROBLEMİ: “Palçığın içində itib-batmışıq”






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Salyan, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyan şəhərinin “Stansiya” adlanan yaşayış massivində yaşayan sakinlər illərdir yolsuzluq problemindən əziyyət çəkirlər.

Söhbət şəhərin 20 Yanvar küçəsindən gedir. Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən üç il əvvəl ərazidə su-kanalizasiya xətti çəkilsə də, həmin vaxtdan sonra küçənin asfalt örtüyü bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin indiyədək müraciətlərinə konkret cavab verilməyib.

“Belə yol olar?! Buna baxın, görün nə gündəyik”, – deyə sakinlərdən biri narazılığını bildirib.

Başqa bir sakin isə qeyd edib:

“Bir maşın gələndə digəri bir saat gözləyir ki, ona yol versin. Palçığın içində itib-batmışıq. Baxan da yoxdur, deyirlər ki, dərdini kimə istəyirsən de”.

Məsələ ilə bağlı Salyan Şəhər Bələdiyyəsindən bildirilib ki, yaxın günlərdə sözügedən küçədə təmir işlərinə başlanacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv