Rusiyalı qadın qulaqlığı həblə səhv salıb uddu

Rusiyalı qadın qulaqlığı həblə səhv salıb uddu






presstv

"Presstv"az #Audi, #Həkim, #Psixoloq, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Ufa şəhər sakini olan psixoloq, Mariya adlı qadın “AirPods” qulaqlıqlarını həblərlə səhv salaraq udub.

Bu barədə presstvaz “SHOT” “Telegram” kanalına istinadən yazır.

Məlumata görə, o, “AirPods”ları içində bir ovuc həbin olduğu cibinə atıb. Dərman qəbul etmə vaxtı çatdıqda, fikir vermədən onları içib. Mariya bir anlıq narahatlıq hiss etsə də, bunun böyük, udulması çətin olan həb olduğunu düşünüb və ona görə çox da əhəmiyyət verməyib. Qulaqlıqları çıxarmaq üçün cibinə əlini uzatdıqda isə birinin olmadığını görüb.

Qadın xəstəxanaya müraciət edib və orada rentgen müayinəsindən keçib. Müayinə qulaqlığın Mariyanın mədəsində olduğunu təsdiqləyib. Lakin həkimlər qulaqlığı çıxarmaqdan imtina ediblər, çünki bu qadını zədələyə və vəziyyəti daha da pisləşdirə bilərdi. Mariyanı evə buraxıblar və qulaqlığın öz-özünə çıxmasını gözləməsini tövsiyə ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv